Bayden: ABŞ hərbi güc tətbiq etməyə hazırdır
23.05.2022
Çin Tayvana təcavüz edərsə, Birləşmiş Ştatlar birbaşa hərbi müdaxiləyə hazırdır.
Bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
"Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir”, - o bildirib.
Bayden qeyd edib ki, Rusiyanın Ukraynanı işğal etməsindən sonra Tayvanın qorunması öhdəliyi daha da güclənib.