41 yaşlı azərbaycanlı alimin ölüm səbəbi bəlli olub
23.05.2022
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin intihar etdiyi üzə çıxıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub.
Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepressant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.