Belarus Ukrayna sərhədinə əlavə qüvvə yerləşdirir
23.05.2022
Belarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır və sərhədyanı ərazilərdə əlavə bölmələr yerləşdirir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Volın və Polesye istiqamətlərində Belarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır, Qomel vilayətinin sərhədyanı rayonlarına əlavə bölmələr yerləşdirilir. Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi hələ də qalır”, - məlumatda deyilir.