Bu silah verilsə, müharibənin gedişatı dəyişəcək
23.05.2022
Ukrayna Qərb tərəfdaşlarından 300 kilometrə qədər mənzilli çoxsaylı reaktiv yaylım atəşi sistemləri ala bilər. Bu da döyüş əməliyyatlarının xarakterini və Rusiya-Ukrayna müharibəsinin bütün gedişatını dəyişəcək.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
O bildirib ki, bu gün Ukraynaya Rusiya ilə təmassız müharibə aparmağa imkan verə biləcək Qərb silahları çox azdır.
Jdanov belə silahlar sırasında MLRS və HIMARS tipli çoxsaylı reaktiv yaylım atəş sistemlərini göstərib:
"Bu, uzaqdan müharibə aparmağın yeganə yoludur".