Bu ölkədə də “Meymun çiçəyi” aşkarlanıb
21.05.2022
İsraildə "Meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.
"DM" xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, xəstəliyə yoluxan şəxs 30 yaşlarında kişidir. Onun paytaxt Təl Əvivdə xəstəxanaların birinə yerləşdirildiyi, vəziyyətinin isə normal olduğu bildirilir.
Qeyd edək ki, "Meymun çiçəyi” xəstəliyi İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, İtaliya, İsveç, Belçika, Avstraliya və Kanada kimi ölkələrdə də aşkarlanıb.