Finlandiyadan Rusiyaya mesaj: Buna haqqınız yoxdur!
21.05.2022
Biz Finlandiyanı Qərbin bir hissəsi olaraq qəbul edirik.
Bunu Finlandiyanın Avropa üzrə naziri Titti Tuppuraynen Fransa mediasına açıqlamasında deyib.
O bildirib ki, Ukrayna müharibəsi bizim təhlükəsizlik anlayışımızı kəskin şəkildə dəyişdi:
"Sorğular bizim NATO-ya üzv olmağımızı göstərir. Ölkə parlamentində səsvermə keçirdik və 188 lehinə, 8 əleyhinə səs toplandı. Beləliklə, mesaj aydındır, Finlandiya NATO üzvü olmaq istəyir. Bu bizim seçimimizdir, milli qərarımızdır və Rusiya buna uyğunlaşmalıdır”.
Nazir qeyd edib ki, Rusiyanın suveren ölkələrə diktə etmək haqqı yoxdur:
"Biz öz milli maraqlarımıza uyğun qərarlar qəbul edə bilərik və edəcəyik. Bu, NATO ilə Finlandiya arasında olan məsələdir. Rusiyanın bununla bağlı deyəcək sözü yoxdur. Eşidirik ki, Rusiya NATO-nun genişlənməsini istəmir və biz də hər cür tədbir görməyə hazırlaşırıq. Finlandiya Rusiyanı təhdid etmir. NATO müdafiə ittifaqıdır, mövcud təhlükəsizlik nizamından uzaq duran isə Rusiyanın özüdür”.