Sanksiyalara görə Rusiya iqtisadiyyatı çökür
20.05.2022
Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyaların təsiri altında durmadan çökməkdə davam edir. Rusiya rəsmiləri bu ilin sonuna kimi iqtisadiyyatın 8,8% azalacağını bildiriblər.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Ukrayna Kəşfiyyatı məlumat yayıb.
"Kreml rəhbərliyinin Rusiyanın maliyyə artımı, rusların rifahının yaxşılaşması və "hər şey plana uyğun gedir" barədə cəsarətli bəyanatları onların öz İqtisadiyyat Nazirliyinin proqnozları ilə ziddiyyət təşkil edir. Rəsmilər iqtisadi tənəzzülü qiymətləndiriblər. 2022-ci ilin sonuna 8,8% azalma olacaq. Həmçinin neft məhsullarının ixracı 20%, qaz ixracı isə 10% azalacaq”, - məlumatda deyilir.