05 04 2025-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Tarixin ən fantastik Ferrari-si - VİDEO

19.09.2018

İtaliyanın Ferrari avtokonserni Maranello şəhərindəki baş ofisində qapalı mərasim təşkil edərək iki yeni avtomobil modelini təqdim edib.
"Dövran Media" bildirir ki, bu maşınlar 1950-ci illərin yarış Ferrari-ləri stilində hazırlanmış Ferrari Moqnza SP1 və Ferrari Monza SP2 barkettləridir.
Hər modeldən satışa cəmi 200 maşın çıxarılacaq.
Monza SP1 modelində sərnişin oturacaqları, ümumiyyətlə, yoxdur.
SP1 və SP2-də Ferrari 812 Superfast modelinin idarəetmə vasitələri, oturacaqları, ön şüşəsi var.
Rodster tipli maşınlar 6,5 litr həcmli V12 mühərrikləri ilə təchiz olunublar. 7 pilləli sürətlər qutusuna birləşdirilmiş mühərrik 800 at gücündədir.
340 km/saat maksimal sürətli modellər 100 km/saat sürəti 2,9 saniyədə əldə edir.
SP1 və SP2 modelləri Parisdə keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacaq.