KTMT-nin müdafiə nazirləri toplanacaq
20.05.2022
Mayın 24-də KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə qurumdan məlumat verilib.
"Mayın 24-də KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. Müdafiə nazirləri hazırkı geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışları və təhdidləri müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.
Bildirilib ki, iclas Ermənistan müdafiə naziri Suren Papikyanın sədrliyi ilə videokonfrans formatında baş tutacaq.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya müdafiə nazirləri, KTMT-nin Baş katibi Stanislav Zas və KTMT-nin Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov iştirak edəcək.