“Time” Zelenskini “ilin ən nüfuzlu insanı” seçib
20.05.2022
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın "Time” jurnalının versiyasına görə ilin ən nüfuzlu adamı seçilib.
İkinci yerdə "Tesla” və "SpaceX” şirkətlərinin qurucusu İlon Mask, üçüncü yerdə isə Böyük Britaniyanın Baş naziri Boris Conson qərarlaşıb.
V.Zelenskiyə 3,3 milyon insan səs verib. Bu, bütün səslərin beş faizini təşkil edib.
"Zelenski, 2019-cu ildə Ukrayna prezidenti seçilənə qədər siyasi təcrübəsi olmayan komik idi. Fevralda Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hücumu başlanandan sonra dünya arenasına çıxdı və liderləri Ukraynaya dəstək üçün topladı”, - deyə nəşr qeyd edib.
Qeyd edək ki, "Time” jurnalı hər il ilin ən nüfuzlu 100 insanını seçməklə bağlı səsvermə keçirir.
Mənbə: UNİAN