Rusiya: Danışıqlara qayıtmağa hazırıq
19.05.2022
Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır, lakin Kiyev buna hazır olmalıdır.
"Devran Media" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Biz danışıqlar prosesini kəsməmişik. O, ukraynalı tərəfdaşlar tərəfindən dayandırılıb”, - diplomat bildirib.
Onun sözlərinə görə, Kiyev danışıqlar masasına qayıtmaq istəyən kimi Rusiya tərəfi də dialoqa qayıdacaq.