Rusiya “Azovstal”ı bombalamağa davam edir
19.05.2022
Rus hərbçiləri Mariupoldakı "Azovstal” zavodunun infrastrukturuna hücumlarını dayandırmır.
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu polad zavoduna hava və artilleriya zərbələri endirməkdə davam edir:
"Son bir neçə gündə təxliyənin davam etməsinə baxmayaraq, Rusiyanın "Azovstal”ı bombalaması Ukrayna müdafiəçilərinin hələ də orda qaldığını göstərir".
Qeyd edək ki, Rusiya "Azovstal” polad zavodunu ələ keçirdikdən sonra onu yerlə-yeksan etməyi planlaşdırır.