Lavrov Abdullahianla nüvə sazişindən danışıb
19.05.2022
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefonla İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpası perspektivlərini müzakirə ediblər.
Bu barədə Rusiya XİN-i məlumat yayıb.
"Əsas diqqət ikitərəfli münasibətlərə, eləcə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpası perspektivlərinə yönəldilib. Nazirlər bir sıra aktual regional və beynəlxalq məsələlər, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar”,- məlumatda deyilir.