Türkiyənin KT və meşəçilik naziri Qarabağa səfər edəcək
19.05.2022
Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib.
"Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də Kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara ayaq basmaq, oranı ziyarət etmək bizə həyəcan verəcək”, - deyə nazir qeyd edib.