Bakı taksi xidmətinə görə Naxçıvandan nümunə götürməlidir.
Bunu Baku TV-də yayımlanan "Üzbəüz” verilişinə qonaq olan millət vəkili Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, Naxçıvanda taksi sürücülərinə ayda bir dəfə vəzifə borcları izah edilir, geyiminə, davranışlarına diqqət etməsi xatırladılır:
"Onlara hansı yollarda təmir gedəcəyi, hansının bağlı olduğu barədə məlumat verilir”.
Millət vəkili "bu sahədə rəqabət yaranmalıdır ki, qiymət aşağı, xidmət isə yüksək olsun”, - deyə Bakının taksi xidmətindəki xaotiklikdən danışarkən deyib.