Ərdoğan: Bu iki ölkə NATO-da ola bilməz!
19.05.2022
İndi deyirlər ki, görək tələbləriniz nədir, İsveçdən, Finlandiyadan xahiş edək. Yunanıstanda bunu yaşadıq. Bilirik ki, həm İsveç, həm də Finlandiya eyni hiyləni bizə qarşı edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Niyə belə bir səhvə yol verməliyik? Hazırda bu səlahiyyəti saxlayırıq, çünki NATO tam müttəfiqlik tələb edir. NATO-nun bir üzvü "yox” desə, o ölkəni NATO qəbul edə bilməz. Xüsusilə bu iki ölkə, başda İsveç olmaqla, tam bir terror mərkəzi, terror yuvasıdır. Silah məsələsində də bizə qarşı sanksiyalar tətbiq etdilər.
Ona görə də bu siyasəti qətiyyətlə davam etdirəcəyik və yaxın dostlarımıza bildirmişik ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına "yox” deyəcəyik. Bu şəkildə də davam edəcəyik", - Ərdoğan bildirib.