Millət vəkili Həmidə Ömərovanı təbrik edib
19.05.2022
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının xalq artisti Həmidə xanım Ömərova ilə görüşüb.
"DM" xəbər verir ki, millət vəkili xalq artistini 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb, Komitə adından Təbrik məktubu təqdim edib.
Q.Paşayeva yubilyara Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Xalq artisti Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.