Avropa və Türkiyə arasında “söz savaşı” olacaq
19.05.2022
Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi zamanı türk və Avropa siyasi xadimləri arasında söz savaşı yarana bilər.
Bu fikirlərlə Türkiyənin Asiya-Sakit okean Tədqiqatları Mərkəzinin direktoru, professor Səlcuq Çolakoğlu çıxış edib.
Onun sözlərinə görə, bu danışıqlar yaxın həftələrdə və ya aylarda diplomatik kanallarla aparılacaq.
Professor qeyd edib ki, Rusiya NATO-nun genişlənməsini xüsusilə sərhədyanı zonada yaranacaq təhlükə kimi qəbul edir.
"Bu, NATO ilə Rusiya arasında münasibətlərin kəskinləşməsinə və Avropada silah yarışına səbəb olacaq", - o qeyd edib.