Bu ölkə defolt elan edib
19.05.2022
Şri-Lanka hökuməti kütləvi etirazlara və siyasi böhrana səbəb olan iqtisadi çöküşü dayandırmaq üçün tarixində ilk dəfə defolt elan edib.
Bu barədə Mərkəzi Bankın sədri Nandalal Veerasinghe deyib.
Onun sözlərinə görə, hökumət kreditorlara olan borclarını ödəyə bilməyib və buna görə də qabaqlayıcı defolta razı olub.
Qeyd edək ki, ölkənin qısamüddətli dövrdə vəziyyətdən çıxması üçün 3-4 milyard dollar təcili ehtiyacı var