Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib
19.05.2022
Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.
Qonaqlar yerli rəsmi şəxslər tərəfindən Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.
Onlar ilk olaraq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkiblər.
Orada ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzülüb, yaşanmış hadisə ilə bağlı məlumatlar alınıb.
Qeyd edək ki, daha sonra qonaqlar Gəncə Avtomobil Zavoduna gedəcəklər. Zavodla tanış olduqdan sonra əməkdaşlıq memorandumu imzalanacaq.