Məişət zorakılığı haqqında qanuna dəyişikliklə bağlı təkliflər hazırlanıb
19.05.2022
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı ilə birgə Cinayət Məcəlləsinə dəyişiklik və məişət zorakılığına yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunvericilik təklifləri hazırlayıb.
"DM" xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Biz həmçinin qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderləri ilə bağlı təklifləri də formalaşdırmışıq" - o əlavə edib.