Milli valyutada olan əmanətlər artıb
18.09.2018
Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 49,5 milyon manat təşkil edib.
"Dövran Media" xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər 0,5 faiz azalıb.