İslamiada üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri bilinib
18.05.2022
İTürkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında Azərbaycanın nümayəndə heyətinin rəhbəri (şef-de-mission) bilinib.
Bu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovdur.
Qeyd edək ki, İslamiada 9-18 avqust tarixlərində keçiriləcək. Analoji yarışın sonuncusunu 2017-ci ildə Azərbaycan təşkil edib.