Avropa Komissiyası Ukraynaya 9 mlrd. avroluq yeni yardım təklif edir
18.05.2022
Müharibə müddətində də, yenidənqurma prosesində biz Ukraynanın yanında olmağa davam edəcəyik.
"DM" xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
O bildirib ki, Avropa Komissiyası Ukraynaya 2022-ci ildə 9 milyard avroya qədər yeni makromaliyyə yardımı təklif edir.
"Yenidənqurma investisiya və islahatlarla birgə reallaşmalıdır. Biz Ukraynanın və Avropa Komissiyasının rəhbərlik edəcəyi yenidənqurma platformasının yaradılmasını təklif edirik. Bu platforma Aİ-nin üzv dövlətlərini, beynəlxalq donorları, maliyyə institutlarını və digər tərəfdaşları bir araya gətirəcək”, - o qeyd edib.