Rusiyadan donuz ətinə qadağa
18.09.2018
Rusiya Polşadan donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb.
Buna səbəb bölgədəki donuzlarda Afrika taununun aşkarlanması olub. Bildirilir ki, məhdudiyyət donuzlara, donuz ətinə və digər məhsullara şamil olunur. Xatırladaq ki, Polşanın Podkarpatye əyalətində donuzlarda Afrika taunu sentyabrın əvvəllərində qeydə alınıb. İdxal məhduyyətinin müddəti barədə açıqlama verilməyib.