21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türk professor: Türkiyənin NATO-dan tələbləri

18.05.2022

Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə razı olması qarşılığında NATO-ya öz şərtlərini irəli sürməsi haqqında sözügedən məlumat hələ ki, rəsmi şəkildə öz təsdiqini tapmayıb. Amma dəqiq olan odur ki, Türkiyə ölkəmizin bütövlüyünə təhdid olan PKK, YPG kimi terror təşkilatlarına verdiyi dəstəyə görə İsveç və Finlandiyanın NATO üzvü olmasına qarşıdır.

Bu sözləri Türkiyənin NATO-ya İsveç və Finlandiyanın NATO üzvlüyü üçün şərtlər irəli sürməsi haqda yayılan məlumatı şərh edən Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, professor Mehmet Akif Okur deyib.

"Təşkilatın ilk üzvlərindən olan Türkiyəyə qarşı sanksiyalar hazırda da gündəmdədir. Əgər NATO-nun gələcəyi, genişlənməsi müzakirə edilirsə, daxildə yığılıb qalan problemlərin də yenidən gündəmə gəlməsi və Türkiyənin haqlı tələblərini dilə gətirməsi də normaldır. Ancaq qeyd etdiyim kimi, hələlik hansısa şərtlərin rəsmi şəkildə NATO-ya təqdim edilməsi ilə bağlı Ankaradan açıqlama verilməyib. Bütün hallarda Türkiyə öz tələblərində haqlıdır və alyans, eyni zamanda İsveç və Finlandiya onları yerinə yetirməlidir”, - professor bildirib.

Alim baş verən proseslərin Türkiyə və Rusiya əlaqələrinə təsirindən də bəhs edib:

"İndiki məqamda Türkiyənin NATO-dan uzaqlaşaraq Rusiya ilə yaxınlaşacağını düşünmürəm. Çünki Moskva ilə yaxınlaşma üçün daha radikal dəyişikliklərin baş verməsi lazımdır. NATO-nun isə qarşıda hansı addımları atacağını görəcəyik”.