Rusiya ÜTT və ÜST-dən çıxmağa hazırlaşır
18.05.2022
Rusiya Dövlət Duması ölkənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasını müzakirə etməyi planlaşdırır.
Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib.
"XİN belə sazişlərin siyahısını Dövlət Dumasına göndərib. Biz bu siyahılara Federasiya Şurası ilə birlikdə baxmağı və daha sonra da bu təşkilatlardan geri çəkilməyi təklif etməyi planlaşdırırıq. Rusiya Avropa Şurasından çıxdı, indi növbəti addım ölkəmizlə bağlı öhdəliklərinə məhəl qoymayan ÜTT və ÜST-dən çıxmaqdır”, - vitse-spiker bildirib.