Tacikistan antiterror əməliyyatına başlayıb
18.05.2022
Tacikistan ölkənin şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatı başladıb.
"DM" xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, mütəşəkkil cinayətkar dəstə üzvləri ictimai-siyasi sabitliyi pozmaq məqsədilə dünən Düşənbə-Kulma avtomobil yolunun Ruşan ərazisindən keçən hissəsini qanunsuz olaraq bağlayıblar.
Açıqlamada beynəlxalq terror təşkilatları tərəfindən yaradılan və maliyyələşdirilən Ruşan bölgəsində mütəşəkkil cinayətkar dəstə üzvlərinin fəaliyyətində terror əlamətlərinin olduğu qeyd edilib.