Üzgüçümüz iki medal qazanıb
18.09.2018
Dohada (Qətər) üzgüçülük üzrə 2018-ci il dünya kubokunun (FİNA) ikinci mərhələsinin ikinci günündə Azərbaycan yığmasının üzvü Maksim Şemberev iki medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Maksim Şemberev əvvəlcə 200 metr məsafəyə batterfləy üsulu ilə üzməkdə bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb. Üzgüçülüyün bu növü üzrə yarışlarda Macarıstan nümayəndəsi David Verrasto ikinci, çinli üzgüçü Yuhanq Vu isə üçüncü nəticə göstərib.
400 metr məsafəyə yarışda azərbaycanlı üzgüçü ikinci yeri tutub.
Federasiyada daha sonra bildiriblər ki, dünya kubokunun üçüncü mərhələsi sentyabrın 28-29-da Hollandiyada keçiriləcək. Maksim Şemberev orada da çıxış edəcək.