21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avstraliya Rusiya və Belarusa qarşı sanksiyaları açıqlayıb

18.05.2022

Avstraliya hakimiyyəti səkkiz rusiyalı jurnalistə, həmçinin bir sıra dövlət rəsmiləri və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sanksiyalar siyahısına "Rossiya Seqodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovun, RT-nin baş direktoru Aleksey Nikolovun, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti və aparıcısı Sergey Brilevin, "Qazprom-Media” Holdinqinin baş direktoru Aleksandr Jarovun, teleaparıcı Mixail Leontyevin, hərbi müxbirlər Yevgeni Poddubnı və Dmitri Steşinin, həmçinin Qələbə Muzeyinin direktoru Aleksandr Şkolnikin, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyanın, Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Sergey Korolyovun və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovskinin adları daxil edilib.

Bundan əlavə Rusiyanın "Vaqner” özəl hərbi şirkəti və Belarusun iki müəssisəsi – "Minotor-Servis” və "KB Radar”a qarşı da məhdudiyyətlər tətbiq edilib.

Mənbə: SmartMoney