Çavuşoğlu: ABŞ-la problemləri həll etmək istəyirik
18.05.2022
ABŞ-la münasibətlərimizdə mövcud problemləri həll etmək istəyirik. Romadakı görüş, prezidentimizlə Baydenin görüşü bu mənada mühüm oldu.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz cənab Baydenin təklifi ilə strateji mexanizm yaratdıq. Bu mexanizmin məqsədi ikitərəfli münasibətlərimizdə və regionda yaşadığımız problemlər, razılaşa bilmədiyimiz məsələlərin həlli və ya bu məsələdə necə birgə hərəkət edə biləcəyimiz üzərində işləməkdir", - Çavuşoğlu bildirib.