03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İƏT Baş katibi: “Gömrük rüsumlarının azaldılması üzrə işləyirik”

17.05.2022

"Postpandemiya dövründə regionun bütün tələblərini və ehtiyaclarını qarşılamaq üçün İƏT tədbirlər görüb”.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri deyib.

O bildirib ki, 2025-ci illə bağlı hədəflər İslamabadda keçirilən konfrans zamanı müəyyən edilib: "İƏT daha çox layihələr əsasında fəaliyyət göstərən regional təşkilata çevrilib. 25-ci toplantı zamanı İƏT-in layihələrə əsaslanan fəaliyyətinin geniş şəkildə inkişafı hədəf alınıb. Üzv dövlətlər İƏT-in regional inkişafa nail olması üçün fəaliyyət göstəriblər. Biz ölkələrlə artıq yaxın əməkdaşlıq şəraitində fəaliyyətdəyik. İƏT-ə üzv ölkələr arasında ticarətin sərbəstləşdirilməsi, preferensial ticarətin yaradılması, biznes fəaliyyətini həyata keçirmək üçün xərclərin və vaxtın azaldılması bizim hədəflərimiz arasındadır. Üzv dövlətlər müvafiq razılaşdırılmış hüquqi və institutsional dəyişikliklərə hazırdır. Viza rejiminin sadələşdirilməsi, qaçaqmalçılığın qarşısının alınması, gömrük rüsumlarının azaldılması sahəsində işləyirik. Eyni zamanda, üzv dövlətlərin bankları arasında əməkdaşlığın həyata keçirilməsi üçün regional ödəniş qaydasını hazırlayırıq”.