Lambrext: Türkiyəni razı sala bilərik
17.05.2022
Finlandiya və İsveç kimi 2 güclü ölkənin NATO-ya qoşulması sərvətdir və əminəm ki, Türkiyə də buna razı olacaq.
"DM" xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.
"Almaniya İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini dəstəkləyir. Türkiyənin bəzi etirazları olduğunu bilirik, amma ümid edirik ki, NATO bunun öhdəsindən gələcək”,- Lambrext qeyd edib.