11 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Mer: “Rusiyanın Lvova ən böyük raket hücumu dalğası tam zərərsizləşdirilib”

17.05.2022

Ötən gecə Ukraynanın Lvov vilayəti Rusiya işğalı başlayandan sonra say baxımından ən böyük raket hücumlarından birinə məruz qalıb.

Bu barədə Lvov meri Andrey Sadovıy "Facebook” hesabındakı paylaşımında qeyd edib. Bildirib ki, gecə ərzində Lvovda iki dəfə hava hücumu siqnalı çalınıb və iki dəfə kütləvi raket atəşi dalğası olub.

Sadovıy əlavə edib ki, atılan raketlərdən heç biri hədəfinə çatmayıb və Ukrayna HHM qüvvələri tərəfindən havadaca məhv edilib.

Mer vurğulayıb ki, raketlər zərərsizləşdirildiyindən hədəfin Lvov olub-olmaması dəqiq bilinmir, lakin vurulan raketlərdən birinin qalıqları Yarovski rayonundakı kəndlərdən birində dəmiryolu infrastukturunun üzərinə düşərək, onu zədələyib.

Sadovıy əlavə edib ki, raketin düşdüyü yer Avropa İttifaqı ilə sərhəddən 20 kilometr aralıdadır.

Mer sakinləri raketlərin uçuşunu və HHM qüvvələrinin işini çəkməməyə çağırıb.