21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Təbiətə zərər vuranlara cinayət işi açılıb

17.05.2022

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıqtutma faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Quşencə bələdiyyəsinin ərazisində, həmçinin "Xurcan düzü”ndə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda Kiş meşəbəyliyində meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəyib.

Həmçinin, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə "nərə” və "Xəzər qızılbalığı” cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən edilib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən balıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1, 259.2.4 (qanunsuz ağackəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.