ABŞ aclıqla mübarizəyə 11 milyard dollar ayırmağa çalışır
17.05.2022
ABŞ qlobal ərzaq təhlükəsizliyinə təhdidlərlə mübarizə üçün 11 milyard dollarlıq paketi təsdiq etməyə çalışır.
Bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
"Biz qarşıdakı aylarda Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsindən əziyyət çəkən ölkələrə humanitar yardım üçün 1 milyard dollardan çox vəsait ayırmağa hazırıq. Ərzaq təhlükəsizliyi təhdidlərinə cavab vermək üçün qarşıdakı üç il ərzində 11 milyard dollardan çox sərmayə yatırmaq üçün Konqreslə işləyirik”, - o bildirib.