İsveç nümayəndə heyəti NATO-ya üzv olmaq üçün Ankaraya səfər edəcək
16.05.2022
İsveç nümayəndə heyəti NATO-ya müraciəti müzakirə etmək üçün tezliklə Ankaraya gedəcək. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl verdiyi açıqlamaya görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Finlandiya və İsveç Ankaranı narahat edən məsələlərdə Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan ediblər.
Mənbə: RİA Novosti