Belarus hərbçisi Ukrayna uğrunda həlak olub
16.05.2022
Ukrayna Silahlı Qüvvələrinin Katusya Kalinovski adına Belarus batalyonunun taqım komandiri Pavel Volata həlak olub.
Bu barədə batalyonun Feysbuk səhifəsində məlumat paylaşılıb.
"Bu gün batalyonumuz böyük itkiyə məruz qalıb. Ukrayna kəndinin rus işğalçılarından azad olunması zamanı taqım komandiri Pavel Volata ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırmaq istəsək də, alınmadı”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, fevralın 24-dən bəri Ukraynada həlak olan sayca 6-cı Belarus vətəndaşıdır.