“Kadırovçu”ların müharibəyə cəlbi dayandırılıb
16.05.2022
Çeçenistanda "kadırovçu”ların Ukraynadakı müharibəyə cəlb edilməsi dayandırılıb. Səbəb isə Ukrayna kəşfiyyatının Çeçenistanın orduya cəlb edilmiş 2500-ə yaxın yaraqlısının şəxsi məlumatlarını dərc etməsidir.
Bu barədə Mixail Xodorkovski "Biz izah edə bilərik” Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, "kadırovçular” arasında avtomobil fırıldaqçılığına görə 15 il həbs cəzası çəkən məşhur fırıldaqçı, narkotik satıcısı, adam öldürməyə cəhdə görə cəza çəkmiş şəxs də daxil olmaqla, onlarla cinayətkar, ekstremist və s. yer alıb.
Sözügedən məlumatların yayılmasından sonra Çeçenistan hakimiyyəti öz hərbçilərinin müharibəyə cəlb edilməsini dayandırıb.
Qeyd edək ki, müharibədə Çeçenistandan olan 2500-ə yaxın silahlı iştirak edib. Onlardan 100-ə yaxını öldürülüb, 300-ü yaralanıb, 60-dan çoxu silah və sursatlarını ataraq, Ukraynanı tərk edib.