21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müharibənin ən qanlı toqquşmalarından biri bu olub

16.05.2022

Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub.

Belə ki, Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb.

Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib.

Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib.

Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin öldürüldüyü və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv edildiyi qeyd olunur.

Mənbə: The New York Times