Vaşinqtonla razılaşmayanlar cəzalandırılmalıdır - Tramp
18.09.2018
ABŞ gərək Vaşinqtonun ədalətli ticarətlə bağlı baxışlarını bölüşməyən ölkələrə qarşı tədbirlər görsün.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb. Onun sözlərinə görə, ABŞ-ın hazırkı tarif siyasəti Vaşinqtonun danışıqlarda çox güclü mövqe təmin etməsinə kömək edir.
O, bunlara rəğmən, ABŞ-ın hələ də zərər gördüyünü və bunun üçün qətiyyətli addımlar atmalı olduğunu söyləyib.