Borell: Dərin böhranla üz-üzəyik
16.05.2022
Avropa Birliyi Ukraynadakı vəziyyətin qlobal iqtisadiyyat üçün nəticələrindən son dərəcə narahatdır, hesab edir ki, dünya dərin iqtisadi böhran ərəfəsindədir.
"DM" xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.
"Biz bunun qlobal iqtisadiyyata təsirindən son dərəcə narahatıq. Dərin iqtisadi böhranla, o cümlədən qiymətlər, elektrik enerjisi və ərzaq böhranı ilə üz-üzəyik”, - Borrell bildirib.