"Rusiya hiss edir ki, Ukraynanın əks-hücumunun qarşısını almaq mümkünsüzdür"
16.05.2022
"Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü hiss edir”.
"DM” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
"Fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü Rusiya da hiss edir. Ona görə də onlar bizim əks-hücumun qarşısını almaq məqsədilə körpüləri partladır, xaotik şəkildə geri çəkilir”, - o vurğulayıb.
Məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığındakı bölmələri ilə Xarkova hücuma keçməyə hazırlaşır.