Türk boksçu rinqdə infarkt keçirib, ölüb
16.05.2022
Əslən Giresunun Alukra rayonundan olan və Almaniyada yaşayan boksçu 36 yaşlı Musa Askan ötən gecə Almaniyanın Münhen şəhərində 84 kq çəki dərəcəsində üçüncü raundda infarkt keçirərək yıxılıb.
"DM" xəbər verir ki, xəstəxanaya aparılan boksçu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.