Xersonda ruslara xəbərdarlıq olub
16.05.2022
Rusiyanın işğal etdiyi Xersonda ukraynalı vətənpərvərlər yenidən fəallaşaraq, ruslara şəhərin tezliklə azad ediləcəyini xatırladırlar.
Bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, şəhərin küçələrində ruslara ünvanlanan vərəqələr getdikcə daha çoxalır.
Yazıların mətni bu şəkildədir:
"Diqqət! Rus dünyası sağlamlıq üçün təhlükəlidir! Silahlar qaldırıldı - qələbə bizimdir. Ukrayna ordusu artıq buradadır”.
Həmçinin yerli partizanlar elektrik dirəklərinə və digər obyektlərə Ukrayna gerbini çəkirlər.