Rusiya “Su-25” təyyarəsinin vurulmasına belə cavab verdi - VİDEO
04.02.2018
Rusiya silahlı qüvvələri Suriyada "Su-25” bombardımançı təyyarəsinin vurulmasından sonra "Nüsra cəbhəsi” terror qruplaşmasının yaraqlılarına cavab zərbəsi endirib, Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir.
İdlib əyalətində terrorçuların nəzarəti altında olan və Rusiya qırıcısına səyyar zenit raket kompleksindən atəş açılan əraziyə yüksək dəqiqlikli silahlarla zərbələr endirilib.