Yaponiya Rusiyaya yüksək texnologiyalı mal satmayacaq
13.05.2022
Yaponiya Rusiyaya yüksək texnologiyalı malların ixracını qadağan edir.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
"Söhbət 3D printerlər, kvant kompüterləri və elektron mikroskoplardan gedir. Texnologiyasız Rusiya getdikcə daha çox Sovet İttifaqına bənzəyəcək", - o bildirib.
Yermak qeyd edib ki, sanksiyalar artıq Rusiyanı bəzi hərbi texnikalarda qabyuyan maşın və soyuducuların kompüter çiplərindən istifadə etməyə məcbur edir.