İbrahim Kalın Ermənistanla münasibətlərdən danışıb
13.05.2022
Türkiyə son zamanlar bir çox ölkə ilə münasibətlərini qarşılıqlı şəkildə normallaşdırıb. Həmin ölkələrlə qarşılıqlı etimadın yaradılması istiqamətində addımlar atılıb. Türkiyə ona uzadılmış heç bir əli havada qoymaz.
Bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Türkiyə qarşı tərəfdə konstruktiv və yaxşı niyyətli mövqe gördükdə buna cavab verməkdən heç vaxt çəkinməyib. Ona görə də Misirlə, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Ermənistan və ən son Səudiyyə Ərəbistanı ilə münasibətlər bu kontekstdə qiymətləndirilməlidir", - Kalın bildirib.