Paşinyan Rusiyaya gedəcək
12.05.2022
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskvaya gedəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin Baş katibi Stanislav Zasla qurumun indiki sədri, Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, - Peskov bildirib.