Rusiya zəifləyir, Kalininqrad müdafiəsiz qalır
12.05.2022
Finlandiyanın NATO-ya daxil olması Rusiyanın mövqeyini zəiflədəcək və Kalininqrad bölgəsini müdafiəsiz qoyacaq.
Bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.
"Hərbi mənada Rusiyanın mövqeləri zəifləyir və onlar bunu yaxşı başa düşürlər”, - o bildirib.
Anuşauskas qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olmasından sonra Litva və Baltikyanı ölkələr əlavə qüvvələrin gəlməsi üçün şimal marşrutunu açacaqlar.